Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.
İnterpress.az xəbər verir ki, hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb.
Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.