EN

Paşinyanın “məscid” sevdasının GİZLİ TƏRƏFİ KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə daxilində 10 yeni məscidin inşası təşəbbüsü gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

Bəs görəsən, bu addım ölkə daxilində siyasi gərginliyi artıracaq, yoxsa normal qarşılanacaq?

Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, Paşinyanın məscid tikintisi ilə bağlı təşəbbüsü səmimi deyil və Ermənistanın illərdir davam edən monoetnik siyasəti fonunda bu qərar daha çox imitasiya xarakteri daşıyır:

Tural Abbaslı

“Biz bilirik ki, Ermənistan nəinki digər dinlərə, ümumiyyətlə başqa etnoslara qarşı dözümsüz dövlətdir. Təsadüfi deyil ki, bu gün əhalinin tərkibində demək olar ki, etnik azlıq yoxdur. Onlar müxtəlif etnik qrupları repressiyalar və təhdidlərlə ölkədən uzaqlaşdırıb, daha sonra onların mədəni irsini – məscidlərini, karvansaralarını, tarixi türk məhəllələrini məhv ediblər”.

Ağ Partiya sədrinin fikrincə, Paşinyanın yeni məscid tikintisinə maraq göstərməsinin iki əsas səbəbi var:

– Özünü dünyaya demokratik, liberal və dözümlü lider kimi təqdim etmək;

– Qafqaza səfər edən ərəb turistlərini cəlb etmək və onlar üçün infrastruktur yaratmaq.

“Hətta mümkündür ki, bu tikintilər üçün əlavə donor mənbələri tapsın. Paşinyanın bu addımı Ermənistanın daxili siyasətində ciddi narazılıq dalğası yaratmayacaq. Onsuz da ona qarşı olan qüvvələr mövcuddur və bu məsələ onların mövqeyini dəyişməyəcək. Yeni əleyhdar qrupların formalaşacağını düşünmürəm”, – Abbaslı əlavə edib.

O vurğulayıb ki, Ermənistanın praqmatik kəsimi üçün məscidlərin tikilməsi təhlükə deyil, əksinə ölkəyə daha çox turist cəlb edilməsinə xidmət edən addım kimi qiymətləndirilir:

“Xüsusilə iranlı turistlər üçün ibadət məkanının olması Ermənistanın turizm sektoruna müsbət təsir göstərir”.

Beləliklə, siyasi ekspertlər hesab edir ki, Paşinyanın məscid təşəbbüsü daxildə kəskin gərginlik yaratmasa da, müxalifət üçün yeni arqumentlər ortaya çıxara bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
89
43
konkret.az

10Sources