BAKI, 15 noyabr. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində Sinqapura yollanan "Talara" neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
Bildirilib ki, tankerin yükünün müsadirəsi ilə bağlı məhkəmə orqanları order verdikdən sonra SEPAH dəniz qüvvələri gəmini izləyərək saxlayıb.
"Tankerin göyərtəsində təxminən 30 min ton neft məhsulu olub. Sənədlərin yoxlanılmasından sonra gəminin İran qanunvericiliyini pozduğu müəyyən edilib", - məlumatda qeyd olunub.