EN

Paşinyan onu istefaya göndərir

Ermınistam Milli Məclisinin sədri Alen Simonyan öz vəzifəsini itirə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır.

Nəşr qeyd edir ki, növbəti müddət üçün bu posta hazırkı vitse-spiker Ruben Rubinyanın namizədliyi təklif edilib:

“Son vaxtlar Milli Məclisin sədri Alen Simonyanın nəzərəçarpacaq passivliyi fonunda spikerin müavini Ruben Rubinyanın həddindən artıq fəallığı yalnız Milli Məclisin iclas zalında, müxalifətlə təmasda deyil, həm də internetdə özünü büruzə verir”. 

Adıçəkilən qəzetin yazdığına görə, Paşinyan həmin vəzifəyə kastinq elan edib və namizədlərin axtarışına başlayıb.Kriteriyalar bunlardır: ona sadiqlik, müəyyən etdiyi hədəflərə güclü söyüş söymək, təşəbbüskarı olduğu tədbirlərdə fəal iştirak etmək.

Hazırda özünün namizədliyini irəli sürmə mərhələsi başlayıb. Lakin “Vətəndaş Müqaviləsi” partiyası əmindir ki, Rubinyan bu mövqeyə irəli çəkilmir: o, təlaşlıdır, münaqişəli xarakteri ilə seçilir və qanunverici orqana rəhbərlik edə bilməz. 

Digər namizəd isə “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryandır. Lakin o, həm də çox nüfuzdan düşüb.

“Vətəndaş Müqaviləsi” qərara alıb ki, hazırda Paşinyanın sevimli namizədi Ermənistanın ABŞ-dakı keçmiş səfiri, Paşinyanın kabinetinin “boz kardinal”larından biri olan və partiya işi ilə məşğul olan Lilit Makuntsdur. Bu fərziyyə həm də Paşinyanın qadın məmurlara bəslədiyi sevgidən irəli gəlir”.

Chosen
119
cebheinfo.az

1Sources