EN

Messi Anqola prezidentindən xüsusi mükafat alıb - FOTO

Argentina millisinin kapitanı Lionel Messiyə Anqola ilə keçirilən yoldaşlıq oyununun əvvəlində Anqola Prezidenti Joao Lourensu tərəfindən xüsusi mükafat təqdim edilib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, mükafat Anqolanın 50 illik Müstəqillik Günü münasibətilə bu ölkənin futbol komandasının forması olub.

Ulduz hücumçu görüşdə fərqlənməyi də unutmayıb. Messi karyerasında 896-cı qolunu vuraraq Argentina yığmasının 2:0 hesablı qələbəsinə töhfə verib.

İdman.Biz

Məqalədə:
Chosen
134
1
idman.biz

2Sources