Bu gecə UFC322 tədbiri baş tutacaq.
Offsideplus.az xəbər verir ki, tədbirin əsas döyüşü Cek Della Maddalena və İslam Maxaçev arasında baş tutacaq.
Della Maddalena yüngül orta çəkidə kəmərini qorumağa çalışacaq. Maxaçev isə ikinci kəmərini qazanmağa.
Hər iki döyüşçü 2016-cı ildən bəri məğlub olmur.
Qadınlarda isə Valentina Şevçenko və Çjan Veyli kəmərinin sahibini müəyyənləşdirməyə çalışacaqlar.
Əsas kartın digər döyüşləri isə belədir:
Şon Bredi - Maykl Morales (döyüşün qalibi yüngül orta çəkidə kəmər üçün döyüşəcək)
Leon Edvards - Karlos Prates
Beneil Dariuş - Fredrik Sen-Deni