BAKI, 15 noyabr. TELEQRAF
Türkiyənin “Fənərbaxça” klubu İspaniya nəhəngi “Barselona”nın müdafiəçi Andreas Kristensənə və hücumçu Robert Levandovskiyə maraq göstərir.
Teleqraf xəbər verir ki, bu barədə “Haberler” nəşri məlunat yayıb.
Kristensen artıq klubunu dəyişməyə hazır olduğunu bildirib.
Bundan əlavə, İstanbul klubunun nümayəndələri Levandovskinin agentləri ilə də əlaqə qurublar. Polşalı hücumçu karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Qeyd edək ki, Levandovski və Kristensenin müqavilələri 2026-cı ilin iyununa qədər qüvvədədir. Bu mövsüm Robert Levandovski “Barselona”nın heyətində 12 oyunda 7 qol vurub.