Bakı. Trend:
Ukraynanın Krivoy Roq şəhərində fəaliyyət göstərən “AzərbaycanDiasporu” təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsrolunan bayram tədbiri keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə şəhər hərbi administrasiyasının sədrmüavini Viktoriya Samoylenko, Azərbaycan əsilli tanınmış yazıçıQriqoriy Hüseynov, ictimaiyyət və diaspor nümayəndələri iştirakediblər.
Viktoriya Samoylenko Azərbaycan xalqını Zəfər bayramımünasibətilə təbrik edib, Azərbaycan–Ukrayna münasibətlərinindostluq və qarşılıqlı hörmət əsasında inkişafda olduğunuvurğulayıb. O, göstərilən siyasi dəstək və humanitar yardımlaragörə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
“Azərbaycan Diasporu” təşkilatının sədri Kəmaləddin Ağayev ZəfərGününün xalqımız üçün qürur mənbəyi olduğunu deyib. SədrAzərbaycanın bu Qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini,hazırda Qarabağda genişmiqyaslı yenidənqurma və “Böyük Qayıdış”prosesinin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinəçatdırıb.
Tədbirin sonunda Zəfər Gününə həsr olunan film nümayişetdirilib.