EN

ASELSAN xarici bazarlarda silah və rabitə sistemlərinin satışını artırır

BAKI, TurkicWorld, Nailə Babazadə

ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalayıb.

TurkicWorld xəbər verir ki, ASELSAN, bu yeni iş münasibətini İctimaiyyət Aydınlatma Platformuna (KAP) verdiyi açıqlamada elan edib.

“ASELSAN xaricdəki son istifadəçilərinə yönəlmiş uzaqdan idarə olunan silah sistemləri, rabitə, radar, elektro-optik və elektron döyüş sistemlərindən ibarət faydalı yüklərin ixracı üzrə ümumi dəyəri 153,8 milyon dollar olan satış müqavilələri imzalamışdır.” - deyə açıqlamada qeyd edilib.

Chosen
92
turkic.world

1Sources