MLS 2027-ci ildən çempionatın keçirilmə qaydalarında yeniliklərin tətbiq olunacağını rəsmən təsdiqləyib.
"Unikal" “The Athletic”ə istinadla xəbər verir ki, ABŞ Liqası Avropa formatına uyğunlaşdırılacaq. Yeni sistemə əsasən, mövsüm iyulda başlayacaq və mayda başa çatacaq.
MLS-də, həmçinin dekabrdan fevrala qədər qış fasiləsi tətbiq olunacaq, pley-off mərhələsi isə may ayında keçiriləcək. Hazırda MLS mövsümü fevral–oktyabr aylarını əhatə edir və pley-off oyunları noyabr–dekabrda oynanılır.
Bu dəyişikliklərin əsas məqsədi MLS-nin Avropa transfer pəncərələri ilə uyğunlaşmasını təmin etməkdir. Bu dəyişiklik sayəsində pley-off matçları ABŞ-da ən populyar idman növü olan amerikan futbolu ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.
MLS-nin hazırda ən böyük ulduzu argentinalı hücumçu Lionel Messidir. O, noyabrın 24-də “İnter Mayami”nin heyətində “Sinsinnati”yə qarşı pley-offun yarımfinal görüşünə çıxacaq.