EN

“ABŞ Türkiyəni Cənubi Qafqazda mühüm müttəfiq hesab edir” –Corc Buşun sabiq müşaviri

“Türkiyə Cənubi Qafqazda çox vacib rol oynayır. ABŞ buna qarşı deyil və Türkiyəni regionda mühüm müttəfiq hesab edir”.

AzPost bildirir ki, bu sözləri amerikalı politoloq, ABŞ-ın 43-cü prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə keçmiş müşaviri Tomas Qrem “Armenian News”-ın “Güc Faktoru” proqramında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz məsələsi Mərkəzi Asiyadan daha mürəkkəbdir çünki ABŞ-ın Cənubi Qafqazda öz birbaşa maraqları var və buna görə də orada aktiv rol oynamaq niyyətindədir.

“Düşünmürəm ki, ABŞ bu məsələdə tamamilə Türkiyəyə etibar edəcək, amma ən azı Trampın dövründə sıx müzakirələr mütləq davam edəcək”, – deyə o vurğulayıb.

O əlavə edib ki, Vaşinqton da Türkiyənin Mərkəzi Asiyada aktiv rol oynamasına qarşı deyil.

“ABŞ-ın rəqibləri olan Rusiya və Çin hazırda orada əhəmiyyətli rol oynayırlar. Buna görə də Türkiyənin bu bölgədəki fəaliyyəti əsasən ABŞ-ın maraqları ilə uzlaşır”. Mərkəzi Asiyada yüksək texnologiyaların inkişafı üçün vacib olan geniş mineral ehtiyatlar var, ona görə də bütün böyük dövlətlər arasında regiona maraq artır. Buna görə də burada geosiyasi rəqabətin güclənəcəyini proqnozlaşdırmaq olar”, – deyə o, yekunlaşdırıb.

AzPost.az

Chosen
11
5
azpost.info

7Sources