EN

"Napoli" “Liverpul”un futbolçusu ilə MARAQLANIR

"Napoli" “Liverpul”un yarımmüdafiəçisini icarəyə götürməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, Neapol təmsilçisi hazırda "Liverpul"da çıxış edən Federiko Kyezanı icarə əsasında transfer etməyi hədəfləyir.
 

Maraqlı məqam odur ki, 28 yaşlı Kyeza hazırda "Liverpul"un heyətində yetərli oyun təcrübəsi əldə edə bilmir. Həm İngiltərə Premyer Liqasında, həm də Çempionlar Liqasında futbolçu əsas heyətdə bir dəfə də olsun meydana çıxmayıb. O, yalnız İngiltərə Liqa Kubokunun oyunlarında start heyətdə yer alıb.


Qeyd edək ki, "Napoli" hazırda A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və mövqeyini yaxşılaşdırmağa çalışır.

Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources