EN

DÇ-2026: İngiltərə və İtaliya yığmalarından inamlı qələbə

Bu gün futbol üzrə növbəti dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, bütövlükdə 4 qrup üzrə 8 qarşılaşma baş tutub.

D qrupunda yer almış Azərbaycan yığması İslandiyanı qəbul edib və 2 cavabsız qolla uduzub. Bu qrupun digər görüşündə Fransa yığması Ukrayna millisi ilə üz-üzə gəlib və darmadağına sevinib.

Portuqaliya yığması İrlandiya millisinin müqavimətini qırmağa çalışıb. Amma görüş irlandların inamlı qələbəsiylə yekunlaşıb. İngiltərə milli komandası isə Serbiya yığması ilə matçda qələbə seriyasını davam etdirib.

DÇ-2026-nın seçmə mərhələsi

13 noyabr

D qrupu

Azərbaycan – İslandiya 0:2
Qollar: Qudmundsson, 20. İnqason, 39.

Fransa – Ukrayna 4:0
Qollar: Mbappe, 55-pen; 83. Olise, 76. Ekitike, 88.

Xallar: Fransa – 13. İslandiya – 7. Ukrayna – 7. Azərbaycan – 1.

F qrupu

Ermənistan – Macarıstan 0:1
Qol: Varqa, 33.

İrlandiya – Portuqaliya 2:0
Qollar: Parrott, 17; 45.

Xallar: Portuqaliya – 10. Macarıstan – 8. İrlandiya – 7. Ermənistan – 3.

I qrupu

Norveç – Estoniya 4:1
Qollar: Sörlot, 50; 52. Haland, 56; 62 – Saarma, 64.

Moldova – İtaliya 0:2
Qollar: Mançini, 88. Espozito, 90+3.

Xallar: Norveç – 21. İtaliya – 18. İsrail – 9. Estoniya – 4. Moldova – 1.

K qrupu

İngiltərə – Serbiya 2:0
Qollar: Saka, 28. Eze, 90.

Andorra – Albaniya 0:1
Qol: Asllani, 67.

Xallar: İngiltərə – 21. Albaniya – 14. Serbiya – 10. Latviya – 5. Andorra – 1.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
21
21
arena.az

10Sources