EN

“İkinci hissədəki başlanğıcı ilk yarıda gözləyirdim” - Arnar Qunnlauqsson

Azərbaycan yığması DÇ-2026-ın seçmə oyununda evdə İslandiyaya uduzdu - 0:2.

“Football-plus.az” qonaqların baş məşqçisi Arnar Qunnlauqsson oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Çətin oyun oldu. Yaxşı nəticə qazandıq. Peşəkar oynadıq. İkinci hissədə Azərbaycan millisi daha yaxşı idi.

- Azərbaycan millisi sizi təəccübləndirdimi?
- Fiziki cəhətdən yaxşıydılar. İlk oyuna baxanda “artırıblar”. İkinci hissədəki başlanğıcı ilk yarıda gözləyirdim. Azarkeşlər önündə təzyiqi artıraraq intensiv oynadılar. Komandam da buna yaxşı reaksiya verdi.

- Fernando Santuşla Ayxan Abbasovun oynatdığı komandalar arasında fərq hiss etdiz?
- İlk oyundakı sistemlə çıxış etdilər. Amma indi daha intizamlıydılar. Düz yoldadılar. Vaxt lazımdı. Ukraynaya qarşı da yaxşı oynamışdılar.

- Fransa - Ukrayna matçından gözləntiniz nədi?
- Otelə gedib oyunu izləyəcəm. Heç-heçə 2-ci yerdə olmağımıza kifayət edəcək. Ümidvaram ki, dostum Mbappe bizi sevindirəcək (gülür).

- Fikrinizcə, hakim bu oyunda ədalətli idimi?
- İkinci hissədə bir epizodda penaltiverəcəyini gözləyirdim. Vermədi.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
6
2
football-plus.az

3Sources