EN

Arnar: “Azərbaycan millisi düzgün yoldadır”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – İslandiya oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Arnar Qunnqlasson jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çətin oyun oldu. Yaxşı nəticə qazandıq. Peşəkar oynadıq. İlk hissədə yaxşı oynayıb, qollar vurduq. İkinci hissədə Azərbaycan millisi daha yaxşı oynadı. Qapımızda qol buraxmadan vacib qələbə qazandıq.

– Azərbaycan millisi sizi hansı aspektlərdə təəccübləndirdi?

– Fiziki cəhətdən yaxşı oynadılar, intensiv idilər. İlk oyuna müqayisədə komandanın artırdığı hiss olunur. İkinci hissənin əvvəlindəki oyunu birinci yarıdan gözləyirdim. Həm də, ilk hissədən sonra hesabda geri idilər və azarkeşlər onlara motivasiya verirdi. İntensiv oynadılar. Komandam buna yaxşı reaksiya verdi.

– İslandiya ilə matçdakından millmizdə nəsə dəyişiklik var?

– İlk oyunla eyni sistemlə oynayırdılar. Komanda indi daha strukturlu, intizamlıdır. Onlar inkişaf edir. Komanda olaraq irəli baxmalıdırlar, yaxşı gənc oyunçuları var. Qələbə üçün vaxta ehtiyacları var. Azərbaycan yığması düzgün yoldadır. Ukraynaya qarşı yaxşı oynamışdılar. Yaxın zamanda istədikləri nəticələr gələcək.

– İkinci yer uğrunda Ukrayna ilə mübarizə aparırsınız. Növbəti mərhələ şanslarınızı necə dəyərləndirirsiniz? Fransa – Ukrayna oyunundan nə gözləyirsiniz?

– Oyunu izləyəcəyəm. Ümidvaram ki, Fransa qələbə qazanar. Belə olanda son oyunda heç-heçə də kifayət edəcək. Ukrayna bu gün xal qazansa, artıq qalib gəlməli olacaq. Ümid edirəm ki, Kilian Mbappe bizi sevindirəcək.

– Oyunun hakimliyi haqda nə düşünürsünüz?

– Mübahisəli penalti epizodu var idi. Yaxşı ki, penalti təyin etmədi. Düşünürdük ki, VAR-a baxılacaq.

– Sabah şəhər gəzintisi edəcəksiniz?

– Şəhəri görmüşəm. Bəyəndim, gülərüz insanları var.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
futbolpress.az

1Sources