Musavat.com xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində keçirilən oyunda İslandiya millisi növbəti qolu vurub.
39-cu dəqiqədə Sverrir İnqason cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edərək topu qapımıza yönləndirib və hesab 0:2 olub.
Azərbaycan millisinin müdafiəsi epizodu dəqiq oynaya bilməyib, qonaqlar isə təzyiqi artıraraq üstünlüyünü möhkəmləndiriblər.
Oyun davam edir.