EN

Rusiyada Su-30 qırıcısı qəzaya uğrayıb - Ekipaj həlak olub

Kareliya Respublikasında Su-30 tipli hərbi təyyarə qəzaya düşüb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, təyyarənin ekipajı həlak olub.

“Bu gün Moskva vaxtı ilə təxminən 19:00 radələrində Kareliyada planlı təlim-uçuş yerinə yetirən Su-30 təyyarəsi qəzaya uğrayıb,” – deyə Müdafiə Nazirliyi bildirib.

Qurumun məlumatında qeyd edilir ki, təyyarə insanların olmadığı əraziyə düşüb və uçuş döyüş sursatı olmadan həyata keçirilib

Chosen
54
7
missiya.az

8Sources