EN

“Mançester Yunayted” Skott Maktominini geri qaytarmaq istəyir

“Mançester Yunayted” öz yetirməsi, hazırda “Napoli”də çıxış edən Skott Maktomininin transferində maraqlıdır.

 90deqiqe.Az “Caught Offside”yə istinadən xəbər verir ki, Neapol təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün hələlik rəsmi qiymət müəyyənləşdirməyib. Lakin futbolçunu heyətinə qatmaq istəyən klub ən azı 50 milyon avro ödəməli olacaq. Maktomininin xidmətlərində “Nyukasl” və “Tottenhem” də maraqlıdır.

Bildirilir ki, şotlandiyalı yarımmüdafiəçi “Napoli”dən ayrılmaqda israr etməyəcək. O, 2024-cü ilin yayında “Mançester Yunayted”dən İtaliya klubuna transfer olunub.

Qeyd edək ki, Skott Maktominay “Mançester Yunayted”in əsas komandasında bütün turnirlərdə 255 oyuna çıxaraq 29 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
27
90deqiqe.az

1Sources