FIFA-nın hakimlər komitəsinin rəhbəri Pyerluici Kollina penaltilərlə bağlı radikal dəyişikliyi gündəmə gətirib

Offsideplus.az xəbər verir ki, Kollina penaltilərdən sonra “rebound”ların – yəni qapıçıdan və ya dirəkdən qayıdan topların oyunda davam etməsi qaydasını ləğv etməyi nəzərdən keçirir.

Bu dəyişiklik qəbul olunsa, penalti epizodundan sonra oyun yalnız qol olarsa mərkəzdən, qol qeydə alınmazsa isə qapı zərbəsi ilə bərpa ediləcək.