EN

Qalstanyanın həbs müddəti YENƏ UZADILDI

İrıvan məhkəməsi “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.

Publika.az "Armenpress"ə istinadla xəbər verir ki, Qalstanyan terrorçuluğa hazırlıq, kütləvi iğtişaşlar və hakimiyyətin ələ keçirilməsi ittihamı ilə üzləşir.

“Əvvəllər təqdim olunmuş həbs üçün əsaslar qüvvədə qalır, buna görə alternativ tədbirin nəzərdən keçirilməsinə əsas yoxdur”, – hakim Karen Farxoyan deyib.

Arxiyepiskop Baqrat 25 iyunda həbs olunub. Avqustda məhkəmə onun həbs müddətini daha üç ay uzatmışdı. Beləliklə, o, artıq beş aydır istintaq təcridxanasında saxlanılır.

Baqrat ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və baş verənləri siyasi təqib adlandırır.

Chosen
28
publika.az

1Sources