EN

Sabirabadda çoban fermeri döydü

Sabirabad rayonunda çoban fermeri döyüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində baş verib.

Kənd sakini Elxan Məmmədov Moranlı ərazisində xırdabuynuzlu heyvanlarını otararkən həmkəndlisi, fərdi təsərrüfatla məşğul olan Əflan adlı fermerlə rastlaşıb. Əflan ona bildirib ki, yaxınlıqda onun pambıq və yonca sahəsi var və qoyunları həmin istiqamətə aparmasın. Elxan isə ona məhəl qoymayaraq, heyvanları həmin istiqamətdə olan otlaq sahəsinə aparıb. Bu vaxt Əflan əsəbiləşərək heyvanların qarşısını kəsib və qoyunları geri qaytarıb. Nəticədə Elxanla Əflan arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elxan əlindəki çomaqla Əflana zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Elxan saxlanılıb. Faktla bağlı cinayət işi başlandıqdan sonra iş məhkəməyə göndərilir.

Sabirabad Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edilib və işə xitam verilib.

Chosen
17
2
manset.az

3Sources