EN

Mirzoyan Gürcüstana gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Gürcüstana rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə danışıqlar aparacaq. Tərəflər strateji tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Gürcüstana sonuncu rəsmi səfəri 2024-cü ilin iyul ayında olub.

Chosen
26
5
unikal.az

8Sources