EN

"Trampın seçilməsi Azərbaycan-ABŞ münasibətlərində yeni dönəm açdı” - Politoloqdan AÇIQLAMA


"Trampın seçilməsindən sonra, xüsusilə regionumuz üçün ən həssas məsələlərdən olan Ermənistan-Azərbaycan normallaşma prosesinə ABŞ tərəfindən dəstək verilməsi diqqət çəkir. 8 avqustda Vaşinqton anlaşması ilə sülh müqaviləsinin paraflanması artıq yeni bir mərhələni göstərir". Bunu "Bakı-Xəbər"-ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O, bildirib ki, eyni gündə Azərbaycan və ABŞ prezidentləri arasında "907" güzəştlə bağlı razılığın əldə olunması, həmçinin strateji anlaşmanın imzalanması üçün işçi qrupun yaradılması bu əlaqələrin dərinləşməsinin göstəricisidir:

"Bu proses Trampdan əvvəlki dörd il ərzində yaranmış soyuq gərginliyin aradan qaldırılması ilə birbaşa bağlıdır. Mən hesab edirəm ki, bu, yeni mərhələnin başlanğıcıdır. ABŞ-ın regiona marağı, xüsusilə Donald Trampın Ermənistan-Azərbaycan normallaşma prosesinə ciddi diqqət yetirməsi, əlaqələrimizin inkişafına müsbət təsir göstərir".

Politoloq bildirib ki, Donald Tramp dövründə ABŞ-Azərbaycan yaxınlaşmasını müsbət qiymətləndirmək olar" "Bu, iqtisadi əlaqələrin dərinləşməsi, enerji və texnologiya sahəsində əməkdaşlığın genişlənməsi, həmçinin müdafiə təyinatlı məhsullar sahəsində əməkdaşlığın artırılması ilə müşayiət olunur. "907" düzəlişdən sonra bu əməkdaşlıq daha da möhkəmlənəcək. Nəticədə, Azərbaycan ilə ABŞ arasında silahlı və hərbi texnika, müdafiə məhsulları sahəsində əməkdaşlıq region təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyacaq".

Röyalə Xəyal

Chosen
35
baki-xeber.com

1Sources