EN

Mirzoyan Gürcüstana səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək.Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə görüşəcək. Tərəflər strateji tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edəcək,görüşdən sonra mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

XİN başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Chosen
8
5
anews.az

8Sources