Azərbaycan millisinin və Türkiyə Birinci Liqasında çıxış edən "Sivasspor"un şərəfini qoruyan Mert Çelik mərc oyunlarında iştiraka görə məsuliyyətə cəlb olunub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Peşəkar Futbol İntizam Qurumu (PFDK) Mert Çelikin 45 gün müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, Mert Çelik Azərbaycan milli komandasında yalnız bir oyunda meydana çıxıb. O, bu il Belarusla keçirilən (0:2) yoldaşlıq görüşündə forma geyinib. Futbolçu bundan əvvəl Azərbaycanın U-21 yığmasının, eləcə də “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.
"Sabah"ın hücumçusu əməliyyat olunub
Azərbaycan millisi İslandiyaya qarşı - YENİLƏNİR
İslam Həmrəyliyi Oyunları: Günün proqramı
De Blekere mübahisəli epizodları şərh edib - VİDEO
Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər