EN

Manukyan: Paşinyan hamının axırına çıxacaq

Ermənistan parlamentində 2026-cı ilin dövlət büdcəsi müzakirəsi zamanı müxalif “Ermənistan” blokunun deputatı Geqam Manukyan hakimiyyətə sərt ittihamlar səsləndirib. Onun iddiasına görə, hazırkı hökumət  Ermənistanda ardıcıllıqla hər kəsin axırına çıxacaq.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Manukyan çıxışında bir neçə gün əvvəl keçmiş müdafiə naziri və baş nazir Nikol Paşinyanın keçmiş müşaviri Arşak Karapetyana qarşı açılan cinayət işini misal gətirib:

“Adamı parlamentdən aparıb Baş Qərargah rəisinin birinci müavini təyin edirlər. Sonra müdafiə naziri edirlər. Ardınca da deyirlər ki, barəsində cinayət işi açılıb. Bu nə məntiqdir?”

Deputat əlavə edib ki, o, Karapetyanın tərəfdarı deyil, lakin məsələnin məntiqsizliyinə diqqət çəkib.

Manukyanın çıxışına gözlənilmədən parlament sədri Alen Simonyan reaksiya verib:

“Elə buna görə müdafiə edəcək başqa adam tapmadınız?”

Musavat.com

 

Chosen
13
1
musavat.com

2Sources