Türkiyə “C-130” təyyarələrinin uçuşlarını müvəqqəti dayandırdı
Minval.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində “C-130” tipli hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan bu təyyarələrin uçuşlarını müvəqqəti dayandırıb.
Nazirlik hadisə ilə bağlı yayılan iddialara da aydınlıq gətirib:
-
Təyyarədə sursat daşınırdı?
-
Təyyarədə yalnız hərbi personal və texniki xidmət ləvazimatı olub. Heç bir sursat daşınmayıb.
-
Qəzanın səbəbi barədə ilkin nəticə varmı?
-
Hazırda texniki araşdırmalar davam edir. Nəticələr tamamlandıqdan sonra qəzanın səbəbi açıqlanacaq.
-
Radar qeydlərində bölgədə helikopter görünübmü?
-
Təyyarə ilə əlaqə kəsildikdən sonra Gürcüstana məxsus bir helikopter hadisə yerinə göndərilib və təyyarə ilə əlaqə qurmağa çalışıb.
-
Təyyarə Səudiyyə Ərəbistanından alınıb?
-
“C-130” təyyarəsi 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınmış, 2014-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilmişdir. 2022-ci ildən etibarən modernizasiya olunmuş vəziyyətdə xidmət göstərirdi.
-
Təyyarə köhnə və ya texniki cəhətdən nasaz idimi?
-
Qəzaya uğrayan C-130-lar planlı texniki xidmətlərlə baxılmışdır. Araşdırmalar göstərib ki:
-
Təyyarəyə Erciyes Avionik modernizasiyası tətbiq edilib;
-
Gövdə, mühərrik və pervanelərin texniki baxışları vaxtında yerinə yetirilib;
-
Son texniki baxış 11 sentyabr – 12 oktyabr 2025 tarixləri arasında keçirilib.
-
-
“Qara qutu” Türkiyəyə gətirilibmi?
-
Qəzaya uğrayan təyyarənin uçuş məlumatlarının qeyd cihazı (FDR) və kabin səs yazısı cihazı (CVDR) Türkiyəyə gətirilib və hazırda Ankarada araşdırılır.
-
Digər C-130 təyyarələrinin uçuşları davam edəcəkmi?
-
12 noyabr 2025-ci ildən etibarən bütün “C-130” təyyarələrinin uçuşları ehtiyat tədbiri olaraq dayandırılıb. Texniki yoxlamalar tamamlandıqdan sonra uçuşlara mərhələli şəkildə yenidən icazə veriləcək.
Minval.info