EN

Mərkəzi Bank və IFC arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMB-dən SİA-ya bildirilib ki, görüş zamanı ölkədə IFC-in dəstəyi ilə həyata keçirilən təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində icra olunan layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək planlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Mərkəzi Bank və IFC arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Chosen
14
3
sia.az

4Sources