EN

Ermənistan parlamentində kvorum qalmaqalı: Simonyan etiraf etdi ki, Paşinyan əsəbiləşib

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, bu gün parlament iclasının gec başlamasının səbəbi kvorumun təmin olunmaması olub və bu, baş nazir Nikol Paşinyanı narahat edib.

Musavat.com xəbər verir ki, bu  barədə erməni mediası məlumat yayıb.

Simonyanın sözlərinə görə, son 5 ildə parlamentin bütün iş yükünü yalnız hakim fraksiya daşıyır və müxalifət nümayəndələri iclaslara demək olar ki, qatılmırlar:

“Müxalifət ya ümumiyyətlə gəlmir, ya da yalnız çıxışları olanda bir neçə nəfər gəlir. Biz həm beynəlxalq tədbirlərə nümayəndə göndəririk, həm də özümüz kvorumu təmin etməli oluruq.”

Spiker bildirib ki, fraksiyada yeni övladı olan qadın deputatlar, ezamiyyətdə olanlar və yol tıxaclarına görə gecikənlər var. Bu səbəbdən iclas cəmi 10 dəqiqə gec başlayıb.

Simonyan təsdiqləyib ki, Nikol Paşinyan kvorumun gec formalaşmasına görə əsəbiləşib:

“Bəli, o anda kvorumu təmin edə bilməməyimiz onu qıcıqlandırdı.”

O əlavə edib ki, Paşinyan qısa müddətə zalı tərk etsə də, daha sonra iclasa qayıdacaq.

Musavat.com 

Chosen
118
12
musavat.com

10Sources