EN

Prezident icra başçılarının qarşısında hansı öhdəlikləri qoydu?

"Prezident İlham Əliyev icra başçıları ilə görüşən zaman onların vəzifələrini dəqiqliklə müəyyən etdi. Əvvəllərdə yerli rəhbərlər təyin edərkən xalqla birlikdə olmaq, xalqın rifahını yaxşılaşdırmaq, iş yerlərinin yaxşılaşdırmasına diqqət göstərilməsinin vacibliyini deyirdi. Cənab Prezidentin tapşırıqlarına riayət edən, bu istiqamətdə çalışan rəhbərlər çoxdur". 

Bu fikirləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib.

386025

O bildirib ki, bəzi rayon icra başçılarının bir rayondan digər rayan dəyişilməsi onu göstərir ki, bu şəxs özünü həmin sahədə doğruldub. Ancaq bununla belə yerli idarəetmə sahəsində hələ də problemlər var:

"Problemlər kimlərinsə öz vəzifəsinə səhlənkar yanaşması və ya şəxs maraqları üçün çalışması nəticəsində yaranır. Ölkə başçısı həmin şəxslərə qarşı həmişə sərt mövqe tutduğunu və bu mövqedə qalacağını bildirir. Ümid edirəm ki, dünən təyin edilən icra başçıları və digərləri ölkə başçısının tövsiyyələrini, tapşırıqlarını yüksək şəkildə yerinə yetirəcəklər".

Sevinc

Chosen
22
hit.az

1Sources