EN

Dörd Avropa ölkəsi Aİ-yə qarşı məhkəmə iddiası hazırlayır

Dörd

Vişeqrad Qrupu ölkələri (Macarıstan, Slovakiya, Çexiya və Polşa) Avropa İttifaqının Miqrasiya Paktı həmrəylik mexanizmi çərçivəsində miqrantları qəbul etmək öhdəliklərinə etiraz etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Euronews telekanalı məlumat yayıb.

“Miqrasiya paktının həyata keçirilməsi çox çətin olacaq, çünki Aİ-yə üzv ölkələrin əksəriyyəti miqrantların öz ölkəsində qarşılaşa biləcəkləri mənfi reaksiyaya görə onların yenidən bölüşdürülməsindən yayınmağa üstünlük verirlər”, - diplomatlardan biri bildirib.

Qeyd olunur ki, Çexiya və Polşa çətin miqrasiya vəziyyətinə görə yeni öhdəliklərdən azad olunmağı tələb edə bilər. Diplomat diqqətə çatdırıb ki, Avropa Birliyinə üzv ölkələrin əksəriyyəti miqrantları qəbul etməkdən imtina edərsə, Avropa Komissiyası (AK) onları cərimələyə bilməyəcək.

Məryəm Quliyeva

Chosen
4
xalqcebhesi.az

1Sources