EN

“Almaniyanın yardımı minlərlə ukraynalını…” – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Fridrix Merslə danışıqlar aparıb. O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Zelenski bildirib ki, görüşdən əvvəl o, döyüş briqadaları və korpuslarının idarəetmə məntəqələrinə baş çəkib və Merslə cəbhədəki son vəziyyət barədə müzakirə aparıb.

Minval.info xəbər verir ki, Ukrayna lideri Almaniyanın tammiqyaslı müharibə başlayandan bəri göstərdiyi dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, Almaniyanın yardımı minlərlə ukraynalının həyatını xilas edib. Xüsusilə hava hücumundan müdafiə sistemləri, müdafiə paketləri və ümumi dayanıqlığa dəstək üçün minnətdarlığını ifadə edib.

Zelenski, həmçinin, Berlində Ukrayna silahlarının ixrac ofisinin açılması ilə bağlı siyasi dəstəyə görə Fridrix Mersə təşəkkür edib və bu prosesin başlanması üzərində fəal şəkildə işlədiklərini qeyd edib.

Tərəflər Avropa istiqamətində və ikitərəfli münasibətlərdə mövqelərini də əlaqələndiriblər.

Paşa Sadıqlı
Minval.info

Chosen
167
minval.info

1Sources