EN

Vişeqrad qrupu ölkələri miqrantların qəbulu ilə bağlı Aİ-nin yeni qaydalarından beynəlxalq məhkəməyə şikayət edəcəklər

Bakı. Trend:

Vişeqrad qrupu ölkələri – Macarıstan, Çexiya, Slovakiya, Polşa –Avropa İttifaqının miqrasiya paktının həmrəylik mexanizmiçərçivəsində miqrantların qəbulu üzrə öhdəliyi məhkəmədəmübahisələndirmək niyyətindədirlər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Çərşənbə axşamı qəbul edilmiş qaydalara əsasən, Aİ-yə üzvdövlətlər “miqrasiya təzyiqi altında olan ölkələrin yükünüyüngülləşdirmək”lə bağlı öhdəlik daşıyırlar.

Bunun üç yolu mövcuddur. Məsələn, sığınacaq axtaran şəxsləriqəbul etmək. İkinci variant – hər qəbul edilməyən miqrant üçün 20min avro məbləğində maliyyə ödənişi edərək xüsusi “həmrəylikfonduna” köçürməkdən ibarətdir. Nəhayət, üçüncü seçim - ən çoxmiqrantın yerləşdiyi ölkələrə maliyyə dəstəyi göstərməkdir.

Avropa İttifaqı tərəfindən müəyyən edilmiş minimum göstərici 30min miqrant və 600 milyon avro təşkil edir. Lakin Vişeqrad dördlüyübütün bu variantları rədd edib və Aİ-nin yeni miqrasiya paktınaqarşı məhkəmə iddiaları hazırladığını bəyan edib.

Məqalədə:
Chosen
7
az.trend.az

1Sources