EN

Gələn il inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir

Oktyabr proqnozlarına əsasən, 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2 faiz) qalacağı proqnozlaşdırılır.

Modern.az qurumun “Pul Siyasəti İcmalı”na istinadla bildirir ki, AMB-nin oktyabr proqnozuna görə, inflyasiya 2025-ci ildə 6 faiz təşkil edəcək. 2025-ci ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakının 1,57 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətlərinin (KİQİ) 3,64 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiyanın 2,80 faiz bəndi və sərnişindaşıma tarifinin artımının 0,14 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir.

Oktyabr proqnozuna əsasən, 2026-cı ildə inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir.

Qiymətləndirmələrə görə 2026-cı ildə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0,11 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1,11 faiz bəndi, KİQİ 3,16 faiz bəndi, ticarət tərəfdaşlarında

inflyasiya 2 faiz bəndi və digər amillər 1,48 faiz bəndi artırıcı, NEM isə -2,16 faiz bəndi azaldıcı təsir

edəcək.

Proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq.

Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsirə səbəb ola bilər. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarındandır.

Eyni zamanda, qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk amili isə yerli xərc amillərinin aktivləşməsi ilə əlaqədardır.

2025-ci ilin 9 ayında inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən, ilin əvvəlinə nəzərən ticarət, xidmət və tikinti sektorları üzrə gözləntilərdə azalma qeydə alınıb. Ticarət sektoru üzrə növbəti 3 aylıq dövrdəki qiymət gözləntiləri yanvarla müqayisədə 3 dəfəyə yaxın azalıb və mənfi zonada qalmağa davam edib. Xidmət və tikinti sektorlarında cüzi azalma qeydə alınıb. Qeyri-neft istehsal sahəsi üzrə gözləntilərdə isə artım müşahidə edilib.

Chosen
19
15
modern.az

10Sources