EN

Türkiyəli şəhidin atası: Oğlum mənə Azərbaycandan çay almışdı

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Sonuncu dəfə təyyarə qəza etməzdən bir gün əvvəl danışmışdıq. Anasına zəng etmişdi. Bizə hədiyyə aldığını söyləmişdi".

BAKU.WS xəbər verir ki, bu sözləri Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca deyib.

Onun sözlərinə görə, oğlu ona hədiyyə olaraq Azərbaycan çayı alıb, lakin aparmaq qismət olmayıb:

"Mənə hədiyyə aldığını demişdi. "Ata sən çayı sevirsən, sənə Azərbaycandan çay almışam" dedi. Bildirdi ki, bir qrup getdi, daha sonra biz də gələcəyik. Lakin gələ bilmədi... Oğlum şəhid oldu".

Ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
baku.ws

1Sources