EN

Ali Məhkəmə Əziz Orucovun kassasiya şikayətini TƏMİN ETMƏDİ

Ali Məhkəmə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun kassasiya şikayətini təmin etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Belə ki, onun aşağı instansiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib və barəsindəki hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Ə.Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra o, hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Chosen
9
1
ikisahil.az

2Sources