EN

Aristocrat İş Adamları Klubu və Hazel firması iş adamları və medianı bir araya gətirdi

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

12 noyabr tarixində saat 19:00-da Hazel restoranında təşkil edilən görüşdə iş dünyasının müxtəlif sahələrini təmsil edən nüfuzlu şəxslər, media nümayəndələri və yaradıcı sahənin tanınmış simaları bir araya gəlib.

Tədbir "Hazel" şirkətinin və "Aristocrat" İş Adamları Klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Görüşün açılışı "Hazel" şirkətinin rəhbəri Sakit Səmədov və "Aristocrat" İş Adamları Klubunun həmtəsisçisi Elməddin Məmmədovun çıxışları ilə başlayıb. Daha sonra iştirakçılar özlərini təqdim edərək fəaliyyət sahələri, təcrübələri və potensial əməkdaşlıq istiqamətləri barədə məlumat veriblər.

Tədbirdə təhsil, innovasiya, texnologiya, turizm, logistika, kosmetologiya və digər iqtisadi sahələri təmsil edən iş adamları ilə yanaşı, yazarlar, televiziya və media nümayəndələri də iştirak edib. Görüş həm tanışlıq, həm də yeni iş birliklərinin müzakirəsi üçün geniş imkanlar yaradıb.

Tədbir zamanı Türkiyədə baş verən hərbi təyyarə qəzasında şəhid olan qəhrəmanlar anılıb, həmçinin Konstitusiya Günü və Zəfər Günü ilə bağlı fikirlər səsləndirilib.

Hazırlanan bu görüş iş adamları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin təşviqi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
news.milli.az

2Sources