EN

Mərkəzi Bank inflyasiya proqnozlarını AÇIQLADI

Oktyabr proqnozlarına əsasən, 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı proqnozlaşdırılır.

Bu barədə Sitat.info Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB-nin oktyabr proqnozuna görə, inflyasiya 2025-ci ildə 6.0% təşkil edəcək. 2025-ci ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakının 1.57 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətlərinin (KİQİ) 3.64 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiyanın 2.80 faiz bəndi və sərnişindaşıma tarifinin artımının 0.14 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir. Dövlət istehlakının -0.44 faiz bəndi, nominal effektiv məzənnənin (NEM) -0.34 faiz bəndi və digər amillərin (gözləntilər) isə -1.37 faiz bəndi azaldıcı töhfəsi gözlənilir.

Oktyabr proqnozuna əsasən, 2026-cı ilə inflyasiyanın 5.7% təşkil edəcəyi gözlənilir. Qiymətləndirmələrə görə 2026-cı ildə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.11 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.11 faiz bəndi, KİQİ 3.16 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.0 faiz bəndi. və digər amillər 1.48 faiz bəndi artırıcı, NEM isə -2.16 faiz bəndi azaldıcı təsir edəcək.

Məlumatda vurğulanıb ki, proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq.

“Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsirə səbəb ola bilər. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarındandır. Eyni zamanda, qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk amili isə yerli xərc amillərinin aktivləşməsi ilə əlaqədardır”, - məlumatda qeyd edilib.

Chosen
23
15
sitat.info

10Sources