EN

Yanğında ölən gənc Vətən müharibəsi iştirakçısı imiş

Noyabrın 11-də Suraxanı rayonunda baş verən yanğında həlak olan şəxsin kimliyi müəyyənləşib.

Far.Az xəbər verir ki, 5-ci mərtəbədəki 3 otaqlı mənzildə yanğın zamanı dünyasını dəyişən Murad Məzahir oğlu Ağalarov Vətən müharibəsi iştirakçısı olub.

Xatırladaq ki, yanğın nəticəsində mənzilin bir otağı və mətbəxinin bir hissəsi yanıb, Ağalarovun meyiti isə yanğın yerində tapılaraq aidiyyəti orqanlara təhvil verilib.

Chosen
51
far.az

1Sources