EN

“Şöhrət” ordenli tanınmış alim vəfat etdi

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ali məktəbdən məlumat verilib. 

Alim 75 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Kamil Mənsimov 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1973-cü ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. 1979-cu ildə "Sonradan təsirə malik sistemlərdə zəruri şərtlər nəzəriyyəsinə dair" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə ona “Riyazi kibernetika” ixtisası üzrə baş elmi işçi adı verilib. 1994-cü ildə dosent elmi adını alıb. 1994-cü ildə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Kamil Mənsimov 1992-1994-ci illərdə Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə kafedrasının dosenti, 1995-1997-ci illərdə isə həmin kafedranın professoru vəzifəsində işləyib. 1998-ci ildən indiyədək Riyazi kibernetika kafedrasının müdiri vəzifəsində çalışıb.

Professor Kamil Mənsimov riyazi kibernetika sahəsində tanınmış alim, görkəmli pedaqoq və elm təşkilatçısı olub. Onun rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanıb. 386 elmi əsərin, o cümlədən 100-dək elmi məqalə, 6 monoqrafiya və 19 dərs vəsaitinin müəllifi olub.

Elmi və pedaqoji fəaliyyətinə görə Kamil Mənsimov 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin BDU-nun 100 illiyi münasibətilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
6
hurriyyet.az

9Sources