Azərbaycan Basketbol Liqasında (ABL) VII tur bu gün başlayacaq.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə tək qarşılaşma olacaq. "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar B qrupunda mübarizə aparır.

Bölgə təmsilçisi 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar isə beşincidir.