EN

Ermənistanda iki bloger saxlanıldı Alen Simonyanı təhqir etmişdilər VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Bu səhər İrəvanda yerli podkast aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyan saxlanılıblar.Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Samsonyan və Saqatelyan parlamentin spikeri Alen Simonyanla mübahisə etmişdilər.Onlar Simonyanı tənqid etmiş, o isə cavab olaraq onları açıq şəkildə “it oğlu” adlandırmışdı.Podkast aparıcıları borclu qalmayıb növbəti buraxılışlarında Simonyana cavab veriblər. Söhbətdə söyüş olmasa da, Simonyan özünü təhqir olunmuş hiss edib və polisə müraciət edərək blogerləri təhqir və hədələrlə günahlandırıb.Nəticədə səhər tezdən hər ikisinin evinə və ofisinə OMON gəlib, axtarışlar aparılıb.Erməni KİV-ləri isə yazır ki, bəlkə də məsələ Simonyanda deyil. Bəzi məlumatlara görə, həmin qalmaqallı 7 saatlıq buraxılışı şəxsən Nikol Paşinyan dinləyib. Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
3
bizim.media

4Sources