EN

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə vəfat etdi -  FOTO


Noyabrın 11-də paytaxtın Suraxanı rayonunda baş vermiş yanğında ölən şəxsin kimliyi müəyyənləşib.

Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzildə baş verən yanğında ölən Murad Məzahir oğlu Ağalarov Vətən müharibəsində iştirak edibmiş.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, hadisə vaxtı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Vətən
Chosen
27
3
medicina.az

10Sources