EN

Ağstafada ağır qəza: beş nəfər xəsarət aldı

Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Ağstafa rayonu ərazisində idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Chosen
21
6
milli.az

7Sources