EN

“Nə yaxşı ki, kasıb olmuşam”

Müğənni Sevda Yahyayeva keçmiş illəri barədə səmimi açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, uşaq və gənclik illərində çox kasıb yaşadığını, az maaş alaraq satıcı kimi işlədiyini bildirib.

Müğənni xatırladıb ki, anası tez-tez narahatlıqla soruşarmış:

"Görəsən, bizim də bir gün imkanımız olacaqmı?"

Sevda Yahyayeva əlavə edib ki, o vaxtlar uşaq vaxtı kasıblıqdan çıxıb, yaxşı yaşamağı arzulayırmış:

"Elə adam vardı ki, mənim bir aylıq maaşıma bir dəfə bazarlıq edirdi. Maaşım yalnız yemək və içməyə yetirdi. Amma bütün çətinliklərim mənə həyatda daha möhkəm olmağı öyrətdi."

Müğənni bu sözləri ilə həm keçmişin çətinliklərini, həm də həmin illərin ona verdiyi həyati dərslərdən danışıb. (Milli.Az)

Bizim.Media

Chosen
6
6
bizim.media

7Sources