EN

Rubio: ABŞ Ukrayna ilə enerji sahəsində danışıqlar aparır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 13 noyabr, AZƏRTAC

Ukraynalıları qışdan sağ çıxmağa kömək etmək humanitar zəmində vacibdir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, ukraynalılarım nəyə ehtiyacı olduğu barədə onlarla söhbətlər aparılır. Ukraynanın enerji şəbəkəsi hər il kiçilir. Ona görə də hər il əvvəlki ilə nisbətən daha aşağı baza səviyyəsindən başlayırlar.

“Kiyevdə günün 50-60 faizindən çoxu elektrik enerjisi olmadan keçir və onlar şəbəkələrini yenidən istiqamətləndirmək və bunun ətrafında işləmək üçün böyük bir iş görüblər. Biz şəbəkələrini qorumaq üçün onlarla müdafiə silahları barədə müzakirələr aparmışıq. Onların ehtiyac duyduğu konkret avadanlıqlar barədə davamlı texniki danışıqlar gedir. Amma nəticə etibarilə, əgər həmin avadanlıq quraşdırıldıqdan bir həftə sonra məhv edilirsə, bu, problem olaraq qalır”,- deyə Rubio vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
azertag.az

2Sources