EN

Üzgüçülük yığmamızdan Ər-Riyadda tarixi uğur - ARENA.AZ

Üzgüçülük üzrə Azərbaycan milli komandası Səudiyyə Ərəbistanında təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub.

Arena.az xəbər verir ki, millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş üzgüçülük yarışlarında uğurlu çıxışla yadda qalıb.

Yarışları 3 medalla başa vuran yığmamız bu nəticə ilə İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açıb.

Milli komandamızın üzvləri aşağıdakı nəticələri göstəriblər:

Ramil Vəlizadə – 200 metr kəpənək üsulu – gümüş medal

Süleyman İsmayılzadə – 1500 metr sərbəst üsul – bürünc medal

Qadınların estafet komandası – 4×200 metr sərbəst üsul – bürünc medal

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, bütün medalları Azərbaycan doğumlu idmançılar qazanıb. Bundan əlavə, komandamızın üzvləri tərəfindən bir neçə şəxsi və ölkə rekordları da yenilənib.

Yarışda ölkəmizi Abdürrəhman Rüstəmov, Anastasiya Boborıkina, Fatimə Alkərəmova, Mehri Əbdürrəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Süleyman İsmayılzadə, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski təmsil ediblər. Onları ASF-nin idman direktoru Pyer Ləfonten, müşavir Rəşad Əbdürrəhmanov, üzgüçülük üzrə baş məşqçi Luka Qabrilo və məşqçilər Rəşad Əliyev, Ruslan Hətəmxanov, Teymur Quliyev müşayət ediblər.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
9
21
arena.az

10Sources