EN

Şəhidin atasından ürəkləri sızladan sözlər: “3 gün əvvəl mənə ayan oldu”

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsində şəhid olan hərbçilərdən biri də İlker Aykutdur.

Milli.Az xəbər verir ki, şəhidin atası Ünal Aykut verdiyi açıqlamada, oğlunun şəhid olmasından cəmi bir gün əvvəl onunla telefonla danışdığını və üç gün əvvəl Allahın sanki ona xəbər verdiyini deyib.

Ünal Aykut hadisəni belə danışıb: "Bir neçə gün əvvəl televiziyada bir reportaj gördüm. Bir ananın oğlu şəhid olmuşdu. Mən də o xəbərin altına yazdım: 'Ana, başın sağ olsun. Allah oğlunun məkanını cənnət etsin.'

Elə bil bunu mənə Allah dedirtdi, çünki 3 gün sonra mənim öz oğlum şəhid oldu."

Şəhid atası bildirib ki, oğlu ilə xarici vəzifəyə getməzdən əvvəl danışmışdı və bu, onun ilk xarici xidməti idi.

"Oğlumla hər gün danışardıq. Şəhid xəbərini almazdan bir gün əvvəl danışdıq. Anasının səhhətindən danışdıq. Səhəri gün zəng etmədi. Biz də 'yoldadır, gələcək' deyə düşündük. Axşam isə acı xəbər aldıq."

Ünal Aykut əlavə edib ki, oğlunun olduğu təyyarənin qəzaya uğradığını əvvəlcə qardaşından eşidib:

"Qardaşım zəng etdi, 'Azərbaycanda təyyarə qəza törədib dedi. Gözlədik... Axşam isə şəhid xəbəri gəldi. Bu vətəndə minlərlə şəhid ailəsi var. Allah hamısına səbr versin. Amma bu vətən bu qurbanlar sayəsində yaşayır."

Şəhidin Muratlı rayonundakı evi gün boyu zəruri bayraqlarla bəzədilib, minlərlə insan ailəyə başsağlığı verməyə gəlib.

Lalə Qüdrətova
Milli.Az

Chosen
28
4
milli.az

5Sources