EN

Türkiyəyə məxsus hərbi təyyarənin qara qutusu ölkəyə gətirilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” Türkiyəyə gətirilib.

TurkicWorld xəbər verir ki, Gürcüstan rəsmiləri qəzaya uğrayan təyyarənin qalıqlarının Azərbaycanla sərhəddə yerləşən Sığnaği bölgəsində aşkar olunduğunu açıqlayıb. Hadisə yerindən toplanan məlumatlara əsasən, təyyarəyə aid “qara qutu” tapılaraq Türkiyəyə gətirilib və araşdırmalara başlanılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı açıqlamasında bildirib ki, “Təyyarəmizin qara qutusu tapılıb və ilkin araşdırmalara başlanılıb. Şəhid olan 19 hərbçimizin nəşi tapılıb, sonuncu şəhidimizin cənazəsinin axtarışı davam etdirilir.”

Hadisə ilə bağlı araşdırma Türkiyə Müdafiə Nazirliyi və aidiyyəti qurumlar tərəfindən davam etdirilir.

Chosen
31
5
turkic.world

10Sources