EN

Demək olar ki, bu ölkədə vergi alınmır

Aralıq dənizində yerləşən Malta son illər həm işləyənlər, həm də təqaüdçülər üçün Avropanın ən cəlbedici yaşayış məkanlarından birinə çevrilib.

Milli.Az xəbər verir ki, "vergi cənnəti" adlandırılan günəşli havası, sakit həyatı və aşağı vergi dərəcələri ilə tanınan ada dövləti dünyanın müxtəlif yerlərindən yeni sakinlər cəlb edir.

Malta hökumətinin tətbiq etdiyi xüsusi vergi proqramına əsasən, ölkəyə köçən əcnəbilər xaricdən əldə etdikləri gəlir üçün yalnız 15 faiz vergi ödəyirlər. Bununla yanaşı, Maltada miras, əmlak və sərvət vergisi yoxdur. Beynəlxalq vergi eksperti Ceymi Favell bildirib ki, ölkənin vergi sistemi sadə, şəffaf və investorlar üçün çox əlverişlidir.

Ölkə həm də iqlimi və təhlükəsizliyi ilə seçilir. Adada il ərzində təxminən 300 gün günəşli keçir, paytaxt Valetta isə həm tarixi abidələri, həm də müasir yaşayış şəraiti ilə Avropanın ən rahat şəhərlərindən sayılır.

Qeyd edək ki, Malta 1964-cü ilə qədər Böyük Britaniyanın tərkibində olub. Rəsmi dillərin ingilis və maltaca olması, sadə bürokratik qaydalar və aşağı cinayət səviyyəsi ölkəyə köçmək istəyən əcnəbilər üçün əlavə üstünlük yaradır.

Son illərdə minlərlə avropalı mütəxəssis və təqaüdçü Maltanı daimi yaşayış yeri kimi seçib. Bunun nəticəsində ölkə Avropanın yeni "vergi cənnəti" adlandırılmağa başlanıb.

İsmayıl
Milli.Az

Chosen
33
2
milli.az

3Sources